AZ

Daha bir ölkə avroya keçə bilər

Çexiya iqtisadiyyatı və maliyyə sistemi Avropa İttifaqının aparıcı ölkələrinə uyğunlaşmaq üçün avro valyutasına keçməlidir. 

HİT.az xəbər verir ki, bu barədə "İdnes" ölkə prezidenti Peter Pavelin çıxışına istinadən məlumat yayıb.

"Birinci liqada (Avropada)oynamaq istəyiriksə, məsələn, avronu qəbul etmək məntiqlidir. Onsuz da onlara pul ödəyən ölkələrin təcrübəsi təsdiqləyir ki, yalnız buna malik olmayanlar narazıdır", deyə Pavel Çexiyanın Avropa İttifaqına üzv olmasının 20 illiyinə həsr olunmuş konfransda bildirib.

Prezident Pavel Yeni il müraciətində də zamanı avro valyutasına keçiddən danışmışdı. Lakin indiki çağırışdan fərqli olaraq, o zaman prezident milli müzakirənin keçirilməsini təklif etmişdi. Çexiya prezidentinin sözləri daha sonra cəmiyyətdə qızğın müzakirələrə səbəb olub.

Samir

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla