AZ

Azərbaycanın iki badmintonçusu Paris-2024-də - EKSKLÜZİV

Paris-2024 Yay Olimpiya Oyunlarının badminton yarışlarının iştirakçıları açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi Fransa paytaxtında iki badmintonçu ilə təmsil olunacaq.

Buna idmançılarımızın Beynəlxalq Badminton Federasiyasının bu gün açıqlanan olimpiya reytinqindəki mövqeləri səbəb olub. Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra Olimpiadada fərdi yarışlarda iştirak hüququ qazanıb.

29677 xala malik Dviçayo kişilərin reytinqində 58-ci olsa da, eyni ölkə təmsilçilərinə kvota qoyulması səbəbindən 28-ci yerin sahibi kimi lisenziyaya sahib çıxıb. 25893 xalı olan Keşa ümumi sıralamada 71-ci, lisenziya siyahısında 31-cidir.

Qeyd edək ki, Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında da mübarizə aparıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla