AZ

Ermənistan Prezidenti: Sərhədlərin delimitasiyası ilə bağlı addımlar sülhün bərqərar olmasına yönəlib

Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Ermənistan mətbuatına açıqlamasında deyib.

“Tavuşda, Aşağı Əskipara (Voskepar), Bağanis Ayrım (Bağanis), Xeyrimli (Kirants) və Qızılhacılı (Berkaber) kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, başa düşməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə yaxşı dəqiqləşdirilməsindən asılı olacaq. Bu, regionda mümkün eskalasiyanın qarşısını alacaq”, – o bildirib.

Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
14
Mənbələr
Şərh ()
Bağla