AZ

Lökbatanda zəncirvari qəza: 4 avtomobilbir-birinə girdi- VİDEO

Qaradağ rayonu Lökbatan qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 29-u saat 22:15 radələrində 28 May küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-NG-963 dövlət nömrə nişanlı “KIA” markalı, 99-PN-825 dövlət nömrə nişanlı “Ravon” markalı, 90-FK-977 dövlət nömrə nişanlı “Toyota” markalı və 90-GL-635 dövlət nömrə nişanlı “Mercedes” markalı maşınlar toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Qəza zamanı xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Qəzayla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a açıqlama verib. O bildirib ki, qəzayla bağlı araşdırmalar davam edir. Həmçinin DİN rəsmisi belə halların baş verməməsi üçün sürücüləri diqqətli olmağa və qayda pozmamağa çağırıb.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla