AZ

Avrozonada tənəzzül BAŞA ÇATDI

Avrozona iqtisadiyyatı bu ilin birinci rübündə tənəzzüldən xilas ola bilib.

 

Sfera.az xəbər verir ki, bu nəticəyə gəlməyə Avropa Statistika Təşkilatının (Eurostat) açıqladığı məlumatlar əsas verir.

 

Eurostatın məlumatlarına görə, avrodan ödəniş vasitəsi kimi istifadə edən ölkələrdə ümumi daxili məhsul (ÜDM) istehsalı birinci rübdə əvvəlki rüblə müqayisədə 0,3 faiz artıb. İqtisadi böyümə ilə bərabər illik inflyasiyanın da normallaşması müşahidə edilib.

 

Apreldə regionda inflyasiya illik müqayisədə 2,4 faiz artıb. Bu nəticələrdən sonra avrozona iqtisadiyyatına ümidlər artmağa başlayıb.

 

Gözlənilir ki, bu ilin iyununda Avropa Mərkəzi Bankı faiz dərəcələrini endirməyə başlayacaq və bu, iqtisadiyyatın canlanmasına əlavə dəstək olacaq.

 

Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla