AZ

Pakistanda güclü yağışlar 17 nəfərin ölümünə səbəb olub

Pakistanın Hayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 23 nəfər isə yaralanıb.

E-huquq.az Pakistanın rəsmi xəbər agentliyi Associated Press of Pakistana (APP) istinadən xəbər verir ki, bu barədə Pakistan Regional Fəlakət İdarəetmə Təşkilatının (PDMA) məlumat yayıb.

Məlumata görə, bəzi bölgələrdə yağan güclü yağış ciddi fəsadlara səbəb olub.

Leysan yağışlar zamanı 148 baş iribuynuzlu heyvan tələf olub.

Zərər çəkənlərə maddi dəstəklə bağlı yerli idarəetmə orqanlarına göstəriş verilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla