AZ

Mingəçevir məktəblisi buraxılış imtahanında maksimum nəticə göstərdi


Aprelin 7-də Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə (IX illik) keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin IX sinif şagirdi Xəlilli Aylin Elşən qızı 300 bal toplayıb.
Yeniavaz.com
xəbər verir ki, liseyin şagirdi təsüratları ilə bölüşüb.
Məktəbli bildirib ki, imtahan başlayanda bir az həyacanı olub:
”İmtahan başlayandan sonra suallar o qədər də çətin olmadığına görə həyacanım aradan qalxdı. Demək olar ki, suallar uşaqların başa düşəcəyi şəkildə hazırlanmışdı. Mən bu nəticəni gözləyirdim. Müəllimim demişdi ki, potensialın var, çalışqan uşaqsan. Həmçinin monitorinqlərdə də şəhər üzrə yüksək nəticə göstərirdim. Bu xəbəri çox sevincə qarşıladım, ananmda ingilis dili müəlliməmdi o da sevinc göz yaşlarını saxlaya bilmədi. Ailədə 3 övladıq, bacımda liseyin məzunudu. O da buraxılış imtahanlarında yüksək nəticə göstərib”.
Aylin qeyd edib ki, gələcəkdə həkim olmaq arzusundadır.


Esmira Hidayətova, Mingəçevir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
1
Mənbələr
Şərh ()
Bağla