AZ

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Bakı. Trend

Bakıda sənədsiz evlərin ucuzlaşması barədə yayılan məlumatlarinandırıcı deyil.

Bu barədə Trend-ə"MBA Consulting Group” şirkətinin direktoru Nüsrət İbrahimovdeyib.

O qeyd edib ki, sənədsiz evlərin ucuzlaşması ilə bağlı məlumatyayanların bəlkə də hanısa məqsədləri var.

“Nəyə görə inandırıcı deyil? Sənədsiz evləri kimlər tikir?Vətəndaşlar tikir və öz yaşayışları üçün tikirlər. Sənədli ev almaqüçün vətəndaşların imkanı çatmır və gedir sənədsiz torpaq alır,üzərində sənədsiz ev tikərək yaşayır. O evi də satanda ən azıçəkdiyi xərci üzərinə qoyub satır. Sənədsiz evlərin satılması daqanuni baxımdan mümkün deyil. Yəni bu evin çıxarışı yoxdur,təsdiqedici sənədi yoxdur. Necə sata bilər onu? Onun satılması daqanunsuzdur”, - deyə o, əlavə edib.

N.İbrahimov bildirib ki, ümumilikdə mənzil bazarında durğunluqmüşahidə olunur.

"Hazırda havaların istiləşməsinə baxmayaraq, mənzil bazarında,həyət evlərinin satışında aktvliyin artması hiss edilmir. Mənzilbazarına axın yoxdur. Ümumiyyətlə notariuslarda qaydalarsərtləşdiriləndən sonra, yəni, 20 min manatdan artıq ödəniş olduqdapulun mənbəyi haqda məlumat təqdim etmək tələb edildikdən sonra,bazarda aktivlik aşağı düşdü. Bazarda hələ ki, durğunluq var,artım-azalma müşahidə olunmur", - deyə o, vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
4
Mənbələr
Şərh ()
Bağla