AZ

Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçildi

Bakı. Trend:

Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi iləbağlı istintaq orqanının təqdimatına baxılıb.

Trend xəbər verir ki, bu günXətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi iləkeçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmənin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 günmüddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Anar Məmmədli ötən gün saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi iləittiham verilib.

Seçilən
62
8
Mənbələr
Şərh ()
Bağla