AZ

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki, regionda sülh və təhlükəsizlik sferaları başda olmaqla, gündəlik Azərbaycan tərəfindən diktə olunur. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında müvafiq razılaşmanın imzalanmasının ardınca ABŞ sükuta üstünlük verir və məsələyə münasibət bildirməməyə çalışırdı. Lakin Blinkenin zəngi göstərir ki, Vaşinqton nəinki artıq proseslərin Prezident İlham Əliyevin müəyyən etdiyi formatı ilə barışmalı olub, üstəlik ABŞ Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılmasına dəstək göstərməyə də hazırdır".

Bu sözləri BiG.AZ-A deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycanın regionda dayanıqlı sülh naminə istənilən sağlam təklif üçün açıqdır.

"Hətta aprelin 26-da Almaniya Kansleri ilə birgə mətbuat konfransında Azərbaycan Prezidenti bildirmişdi ki, "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq". Lakin "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident məsələyə daha detallı aydınlıq gətirərək qeyd etmişdi ki, "Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik. Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir və ölkəmizdə demokratik islahatlar davam etdirilməkdədir".


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla