AZ

Hibrid və elektrik maşınlarda yağı gec dəyişmək mühərrikin ömrünü qısaldır – Şahin Göyləroğlu

Yağları mütəmadi olaraq dəyişdirmək mühərriki təmiz saxlayır. Mühərrikə yanacaq və hava ilə çatan hissəciklər, kirlər, çöküntülər və metal burrlar yağ filtri ilə təmizlənir. Lakin vaxt keçdikcə yağın təmizlənməsi çətinləşir. Bu səbəbdən yağ dəyişikliyi avtomobilin mühərrik ömrü üçün həyati əhəmiyyət daşıyır. Odur ki, avtomobil mühərrik yağları vaxtaşırı yenilənməlidir.

Bəs mühərrik yağını vaxtında dəyişmədikdə nə baş verir?

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən ekspert Şahin Göyləroğlu bildirib ki, yağın gec və tez dəyişməsi üçün istehsalçının verdiyi uyğunluqlara baxmaq lazımdır: “Belə ki, istehsalçı yağ üçün konkret məsafə həddi təyin edir. Bu hədd aşıldıqda gecikmə baş verir. Həm də mühərrikin, avtomobilin texniki vəziyyəti və istismar şəraitindən də asılı olaraq qeyd edilən standartların müddəti azalır. Yəni yağ o standartlarda dözümlülük göstərə bilmir. Yağın gec dəyişdirilməsi zamansız xətalar əmələ gətirir. Gecikmə əsasən mühərrikin ömrünü qısaldır. Bu müasir maşınlarda daha önəm kəsb edir. Çünki istehsal ili köhnə olan maşınlarda sistem bir az fərqli idi. İndi gömrükdə verilən vergi güzəştlərinə görə ölkəyə əsasən hibrid və elektrik avtomobilləri gətirilir. Bu avtomobillərin mühərriklərində yağ dəyişimi daha həssasdır. Akkumulyatorun həcmi böyüdükcə həssaslıq da artır. Belə maşınlarda yağ dəyişimi gecikdirilərsə mühərrik daha tez qocalır və nəticədə dağılır. Dağıldıqda isə mühərrik təkrar yığıma gedə bilmir. Çünki o qədər çox aşınma olur ki, mühərrik detallarının hamısını dəyişmək maddi cəhətdən sərf etmir. Ona görə də bəzi detalları dəyişib mühərriki istifadə edirlər. Bu da mühərrikin az müddətdə yenidən sıradan çıxması ilə nəticələnir. Bütün bunların səbəbi yağ dəyişməni gecikdirməkdir”.

Ekspert mühərrik yağlarının necə seçilməli olduğuna da aydınlıq gətirərək qeyd edib ki, yaxşı yağı seçmək üçün məlumat lazımdır: “Bu, yaxşı yemək üçün yağı və ya yaxşı paltarı necə seçməklə eynidir. Əhalinin 80 faizi gündəlik lazım olanları seçə bilmir. Çünki onlar bu barədə məlumatsızdır. Seçim edə bilmək üçün yaxşı və pis arasındakı fərqi bilmək lazımdır. Yağ seçimi barədə məlumatı olmayan sürücülər isə güvəndiyi və bu sahə ilə bağlı məlumatlı biri ilə seçim edə bilər”.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla