AZ

Tarixi Ermənistan, ya mifik Ermənistan?..

Image

Faiq Ələkbərli: “Hayların qədim ərməni tayfalarına heç bir aidiyyəti yoxdur, onların danışdıqları, uydurduqları mifik xarakter daşıyır”

“Həqiqi Ermənistanla mifoloji Ermənistan arasında fərq olmalıdır, biz bu xəbərləri nəzərə alırıq. Onlar həmin Ermənistanı tarixi adlandırırlar, amma mən bunu mifoloji adlandırardım, çünki tarix manipulyasiya obyekti olmamalıdır. Beləliklə, onlar tarix haqqında miflər yaratdılar, heç vaxt erməni etnik kökü olmayan tarixi şəxsiyyətləri öz tarixlərinə daxil etdilər. Deməli, bu, tarixi bir manipulyasiyadır və onlar bir anda bütün bu mifologiyaya inanmağa başladılar. Bu, faciə idi, çünki onlar mifologiya yaratdılar, dünyanın inanmasını istədilər və özləri inanmağa başladılar”.

Bu sözləri Prezident İlham Əliyev  ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda deyib. 

Mütəxəssislər də Ermənistanın tarixi deyil, mifik olduğunu düşünür. Hətta erməni əsilli ukraynalı tarixçi-tədqiqatçı Filip Ekozyans bildirmişdi ki, Azərbaycan xalqı qədimdir, gəlmə bizik: “Dünya ədəbiyyatı var, qədim əlyazmalar var. Gəlmə xalq bizik, əzizlərim”.

“Bu ölkə öz tarixini yalandan qədimləşdirməklə məşğuldur, Ermənistan öz qədimliyini antik dövrə bağlayır, ancaq…” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan adlı dövlətin tarixi bəllidir. Belə ki, 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradılan bu dövlətə Ermənistan adı verildi. Ancaq bu ölkə öz tarixini yalandan qədimləşdirməklə məşğuldur: “Ermənistan öz qədimliyini antik dövrə bağlayır. Hətta müstəqil Ermənistanın olmasında belə bəhs edirlər. Təbii ki, bunlar mifik xarakter daşıyır. Məlumat üçün deyim ki, o dövrdə İberiya, Albaniya, Ərməniyə də olub. Ancaq bunların indiki haylara heç bir dəxli yoxdur. Məlumdur ki, haylar öz tarixini məhz ərməniyyələrə bağlayaraq qədimləşdirir. Ümumiyyətlə, hayların qədim ərməni tayfalarına heç bir aidiyyəti yoxdur. Onların danışdıqları, uydurduqları mifik xarakter daşıyır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla