AZ

NATO qərbi Ukraynada Rusiya raketlərini vura bilər - Polşadan təklif

NATO müttəfiqləri Ukrayna ərazisi üzərindən Polşaya doğru uçan Rusiya raketlərini vura bilər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşanın sabiq müdafiə naziri Yanuş Onişkieviç deyib.

O, qeyd edib ki, bunun üçün NATO və Ukrayna səviyyəsində siyasi qərar, eləcə də müttəfiqlərin Ukrayna hava məkanındakı vəziyyətlə bağlı məlumatlara tam çıxışı lazımdır: “İndi bunu elə etmək mümkündür və lazımdır ki, Polşanın hava məkanını poza biləcək raketlər Polşanın hava hücumundan müdafiə sistemi tərəfindən ölkəmizin ərazisindən Ukrayna üzərində vurula bilsin. Bunun üçün Ukraynanın hava məkanı haqqında situasiya məlumatlılığı, yəni Ukrayna radarlarından alınan məlumatlar lazımdır”.

Onişkeviç istisna etmir ki, yaxın gələcəkdə NATO Ukraynanın qərb hissəsinin səmasını tamamilə qorumaq qərarına gələcək. Onun dediyinə görə, artıq iyulda Vaşinqtonda keçiriləcək NATO sammiti zamanı Polşaya doğru uçan raketlərin Ukrayna üzərində vurulması ilə bağlı qərara gəlmək mümkündür.

“AzPolitika”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla