- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
FİFA referisi Əliyar Ağayevin Yunanıstan çempionatının oyununa təyinat aldığını xəbər vermişdik.
Sırağagün 34-cü tur çərçivəsində Fatih Terimin çalışdırdığı “Panatinaikos”la “Aris” üz-üzə gəlib. “Apostolos Nikolaidis” stadionunda keçirilən oyunda qonaqlar, yəni “Aris” 1:0 hesabıyla qalib gəlib.
Türkiyəli mütəxəsis bu məğlubiyyətlə çempionluq yolunda böyük zərbə alıb. Belə ki, komanda sona iki tur qalmış liderdən artıq 4 xal geridədi. Məğlubiyyətə görə qəzəblənən Terim mobil telefonunu yerə çırpıb. Təcrübəli çalışdırıcı matçdan sonra azarkeşlər tərəfindən də fitə basıb.
Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı isə qonaqların payına düşüb.
Maraqlı məqam isə ünlü baş məşqçinin oyundan sonrakı açıqlaması olub. Adətən, hər məğlubiyyətdən sonra hakimləri hədəf seçən Terim bu dəfə vərdişindən əl çəkib. Azərbaycanlı referi haqda heç bir ifadə işlətməyib. Terim “yenə böyük bir üstünlüyü itirdik. 1:0 geridə başladıq. Açığı, çox təəssüf edirəm. Təəssüf ki, çempionluq yolunda böyük üstünlüyü əldən verdik” deyib.
Matçda Əliyar Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.