AZ

Fransanın kosmetika şirkəti “L'Occitane” özəlləşdiriləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Honq-Konq birjasında qeydiyyata alınan Fransız kosmetika şirkəti “L'Occitane” səhmlərini 1,8 milyard dollara geri aldıqdan sonra özəl şirkət olmaq niyyətini açıqlayıb.

Banco.az xəbər verir ki, şirkət öz səhmlərini bir səhm üçün 34 Honq Konq dolları (cari məzənnə ilə 4,35 dollar) qiymətə geri almağı planlaşdırır. Bu, birjanın fevralın 5-də 26 Honq Konq dolları və ya 3,32 dollara satıldığı bağlanış qiymətindən 30,8% yüksəkdir. Beləliklə, maksimum alış dəyəri 13,9 milyard Honq Konq dollarına (1,78 milyard dollar) çatacaq.

Qeyd edək ki, mart ayına olan məlumata görə, “L'Occitane Groupe” şirkətin 72,39%-nə sahib idi. Şirkətin bütün nizamnamə kapitalı 6 milyard dollar qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
8
Mənbələr
Şərh ()
Bağla