AZ

Rusiyadan Ermənistana pul köçürmələri kəskin azalıb - Səbəb nədir?

2024-cü ilin yanvar-mart aylarında Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə yarıdan çox azalıb.

“AzPolitika” xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ermənistan Mərkəzi Bankının pul siyasəti departamentinin rəhbəri Hayk Avetisyan deyib.

O qeyd edib ki, pul köçürmələrindəki azalma 55% təşkil edib. Onun dediyinə görə, bu tendensiya pul köçürməsi sistemindəki problemlərdən daha çox iqtisadi amillərlə bağlıdır.

Ermənistan Mərkəzi Bankının sədri Martın Qalstyan da öz növbəsində əlavə edib ki, Rusiyadan Ermənistana pul köçürmələrinin həcminin azalması qismən ödəniş sistemlərinin fəaliyyəti ilə bağlı ola bilər. Lakin əsas səbəb bu deyil: “Daha təsirli amillər var, xüsusən də geosiyasi və iqtisadi amillər. Ermənistandan olan bir çox əmək miqrantı Ermənistanda qalmağa üstünlük verir, çünki Ermənistan və Rusiyada maaş fərqi azalır”.

O, “Mir” kartları ilə bağlı problemlərin həll olunduğunu bildirib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla