AZ

“Azərbaycanda uşaq sağlamlığı və ətraf mühit” - FOTO

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 30 aprel 2024-cü il tarixində "Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarəedilməsi bacarığının təkmilləşdirilməsi" mövzusunda keçirilən təlimlər çərçivəsində “Azərbaycanda uşaq sağlamlığı və ətraf mühit” mövzusunda təlim keçib. SİA xəbər verir ki, təlimdə Azərbaycan Tibb Universitetinin, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun, 2 Nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri, həmçinin, Şəki, Zaqatala, Bərdə, Yevlax, Ağcabədi, Neftçala rayonlarından həkimlər iştirak ediblər.
Qeyd edək ki, layihənin məqsədi təlimçilər yetişdirməkdir. Bu səbəbdən təlim iştirakçılarının yüksəkixtisaslı həkimlərdən olmasına önəm verilib. Onlar isə öz növbəsində ilkin səhiyyə işçilərinə bu təlimləri keçərək, uşaqların ətraf mühitlə bağlı xəstəliklərinin tanınmasında, diaqnozunda, idarə edilməsində bilik və bacarıqlarının inkişafında onların daha da təkmilləşdirilməsinə çalışacaqlar.

Uşaqların sağlamlığının qorunması istiqamətində tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də dünyada baş verən qlobal iqlim dəyişikliyi və ətraf mühitin uşaqların sağlamlığına təsiri barədə tibb işçilərinin maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq TƏBİB və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Ətraf mühitlə əlaqəli uşaq xəstəliklərinin diaqnostikası, qarşısının alınması və idarəedilməsi bacarığının təkmilləşdirilməsi" mövzusunda layihə 4 may 2024-cü il tarixədək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla