AZ

Del Boske: “Bayern”lə oyunlar “Real” üçün çətin olacaq”

“Real”ın sabiq baş məşqçisi Visente del Boske bu komandanın Çempionlar Liqasının yarımfinalında “Bayern”lə oyunundan gözləntilərini paylaşıb.

Arena.az “The Athletic” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bayern” hələ də çox yaxşı komandadır. “Bayern”in Bundesliqadakı ağalığı ilə vidalaşdığını nəzərə alsaq, “Real” azacıq daha yaxşı görünür, amma “Real”ı hələ də çox çətin oyun gözləyir. Belə bir oyun heç bir şəraitdə asan olmayacaq”, deyə Del Boske vurğulayıb.

“Bayern” – “Real” oyunu bu gün, aprelin 30-da Münhenin “Alyans Arena” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Cavab oyunu isə mayın 8-də Madriddə baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla