İndoneziyada Ruanq vulkanı püskürüb.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, hakimiyyət insanların ona yaxınlaşmasına qadağa qoyub, 12 mindən çox insan yaxınlıqdakı adadan təxliyə edilib.
Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi (PVMBG) Taqulandaq adasının sakinlərinə mümkün sunami barədə xəbərdarlıq edib.