AZ

Bakıda qanunsuz inşa edilən “Çay evi” sökülür – FOTOFAKT

Paytaxtın Səbail parkında qanunsuz inşa edilən “Çay evi” sökülür.

KONKRET.az-a bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Tikintinin müvafiq sənədlər olmadan aparıldığını əsas gətirən Komitə aidiyyəti qurumlarla birgə obyektin sökülməsi ilə bağlı tədbirlər görüldüyünü açıqlayıb.

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsi, 4C ünvanında (Səbail parkının yerləşdiyi ərazidə) əvvəllər mövcud olan konstruksiyaya qanunsuz olaraq əlavə artırmaların edilməsi müəyyən olunub. Tikinti işləri müvafiq icazəverici sənədlər olmadan aparıldığından 30 aprel 2024-cü il tarixində Baş İdarə və aidiyyəti qurumlar tərəfindən söküntüsünə başlanılıb”, – deyə məlumatda qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla