AZ

Azərbaycanla Çin arasında əlaqələrin inkişafı müzakirə olunub (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan ÇinXalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin XalqAssosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndəheyəti ilə görüşüb.

Parlamentdən Trend-ə verilən məlumata görə, görüşdə qeyd olunub ki,Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksəkinkişaf dinamikası ilə səciyyələnir və çox yüksək səviyyədədir.Xüsusilə son zamanlarda münasibətlərimizin inkişafında böyükintensivlik müşahidə olunur.

Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Çin arasındamünasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimizbir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Bildirilib ki,ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daimqarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalıolaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü vəsuverenliyini dəstəkləyib. Spiker Sahibə Qafarova Çinin ölkəmizinərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksəkqiymətləndirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsindədə bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.

Görüşdə qeyd olunub ki, Azərbaycan və Çin dövlət başçılarıarasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasidialoq ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçünmöhkəm zəmin yaradıb. Xatırladılıb ki, Ümummilli Lider HeydərƏliyevin 1994-cü ildə Çinə ilk rəsmi səfəri əlaqələrimizin təməliniqoyub. Prezident İlham Əliyevin Çinə səfərləri, Çin XalqRespublikasının Sədri Si Cinpin ilə görüşləri münasibətlərimizininkişafına böyük stimul verib.

Söhbət zamanı, iki ölkə arasında münasibətlərin dərinləşməsindəparlamentlərin də vacib rolu qeyd edilib. Vurğulanıb ki, sonillərdə bu əlaqələr daha da sıxlaşıb. Qarşılıqlı səfərlərmünasibətlərin daha da inkişafına töhfə verir. O cümlədən,parlamentlərimizdə fəaliyyət göstərən dostluq qruplarıəlaqələrimizdə körpü rolunu oynayır. Həm ikitərəfli formatda, həmdə beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələringenişləndirilməsi imkanları mövcuddur.

Çin Xalq Assosiasiyasının sədri Yan Vanmin də öz növbəsində qeydedib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızınrəhbərliyi altında sağlam, sabit inkişaf yolu keçib. Onun sözlərinəgörə, prezidentlərimiz arasında mövcud olan şəxsi dostluq əlaqələrimünasibətlərimizə təkan verir. Hazırda ölkələrimiz arasındamünasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyən Yan Vanminvurğulayıb ki, onun ölkəsi Azərbaycanla əlaqələrə böyük dəyər verirvə Azərbaycanın inkişaf yoluna böyük hörmət göstərir. Vurğulanıbki, Çin ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, ocümlədən, Azərbaycanın da "vahid Çin" siyasətini dəstəkləməsiniyüksək qiymətləndirir.

Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaqməlumat verib ki, Çin Xalq Assosiasiyası xarici ölkə parlamentləriilə əlaqələrin inkişafına töhfə verir. Assosiasiya bu istiqamətdəmüxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluqqruplarında təmsil olunduğunu deyən Yan Vanmin bu sahədə işə böyükəhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıqəlaqələri qurmaq niyyətində olduğunu qeyd edib. O, qeyd edib ki,parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi ölkəbaşçılarının əsasını qoyduğu strateji tərəfdaşlıq xarakterliəlaqələrin inkişafına daha çox töhfə verir.

Görüşdə humanitar və mədəni sahələrdə əməkdaşlıq əlaqələrinindərinləşməsinin xalqlarımız arasında əlaqələrin daha da inkişafınaxidmət etdiyi, elm, mədəniyyət, gənclər siyasəti sahələrindəəməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib. Diqqətəçatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətvericiqüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasındamünasibətlərdir. Onların birgə həyata keçirdiyini layihələrxalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfəverir.

Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dənçox qurumla əməkdaşlıq etdiyini bildirərək, vurğulayıb ki, HeydərƏliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Heydər ƏliyevFondu Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehribanxanın Əliyevanın rəhbərliyi ilə nəinki ölkəmizdə çox mühüməhəmiyyət kəsb edən layihələr həyata keçirir, eyni zamanda,dünyanın bir çox ölkələrində vacib işlərə imza atır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Azərbaycanla
Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
6
Mənbələr
Şərh ()
Bağla