AZ

“Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” fərmana dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlətorqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrətədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli,“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrvə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasınıntəmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan RespublikasıQanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanimzalayıb.

Trend xəbər verir ki, Fərmanaəsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiyatəhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında”Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli172 nömrəli Fərmanında (Azərbaycan Respublikasının QanunvericilikToplusu, 2004, № 12, maddə 1018 (Cild I) aşağıdakı dəyişiklikləredilsin:

1.1. 4-cü hissədə “Dövlət Mühafizə” sözləri “Rabitə vəİnformasiya Təhlükəsizliyi Dövlət” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissədə “İcra Aparatına” sözləri “Administrasiyasına”sözü ilə, “Dövlət Mühafizə” sözləri “Rabitə və İnformasiyaTəhlükəsizliyi Dövlət” sözləri ilə əvəz olunsun və həmin hissəyə“Prokurorluğuna” sözündən əvvəl “Baş” sözü əlavə edilsin.

2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarınaəlavələr və dəyişikliklər edilməsi haqqında” AzərbaycanRespublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəliQanununun icrasının təmin edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2005-ci il 18 iyul tarixli 262 nömrəli Fərmanının(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7,maddə 598 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişiklikləredilsin:

2.1. 1.2-ci bənd ləğv edilsin;

2.2. 1.3-cü bənddən “Azərbaycan Respublikasının MilliTəhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bənddə “vəAzərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, AzərbaycanRespublikası Prezidentinin Təhlükəsizlik Xidməti, AzərbaycanRespublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidməti və Azərbaycan Respublikasının Strateji ObyektlərinMühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilsin.

3. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan RespublikasıQanununun tətbiq edilməsi barədə” Azərbaycan RespublikasıPrezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8,maddə 623 (Cild I) 2.7-ci və 2.14-cü bəndlərindən “AzərbaycanRespublikasının Milli Təhlükəsizlik Nazirliyi,” və “AzərbaycanRespublikasının Xüsusi Dövlət Mühafizə Xidməti,” sözləri çıxarılsınvə həmin bəndlərə “Dövlət Miqrasiya Xidməti” sözlərindən sonra “,Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti,Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, AzərbaycanRespublikası Prezidentinin Təhlükəsizlik Xidməti, AzərbaycanRespublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi DövlətXidməti və Azərbaycan Respublikasının Strateji ObyektlərinMühafizəsi Dövlət Agentliyi” sözləri əlavə edilsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
4
Mənbələr
Şərh ()
Bağla