AZ

"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Rəfail Əsədullayev

"Həkimlərimizi tanıyaq!" rubrikamızın növbəti qonağı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri Rəfail Əsədullayevdir.
 
R.Əsədullayev 1983-cü ildə Cəlilabad rayonu Çünzəli kəndində anadan olub. 1999-cu ildə Azərbaycan Tibb Universitetinə daxil olub, Pediatriya fakültəsində təhsil alıb.
 
O, 2015-2017-ci illərdə FHN-nin Mülki müdafiə qoşunlarında tibb məntəqəsinin həkimi, 2017-2018-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Sənayə təbabəti şöbəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, 2017-ci ildə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim vəzifələrində çalışıb. 2017-ci ildən hal-hazıradək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimi vəzifəsində fəaliyyət göstərir.
 
R.Əsədullayev 2018-ci ildə Ankara şəhəri Başkənt Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsində assistant həkim işləyib. 2019-cu ildə Moskva şəhərində "Uşaqlarda reanimasion tədbirlər" adlı 1 aylıq təkminləşdirmə kursu keçib. Həmçinin 2021-ci ildə Ukraynanın Dnepr şəhərində İ.Meçinkov adına xəstəxanada "Təcili Yardımın Təşkili" adlı 1 aylıq təkminləşdirmə kursu keçib.
 
2023-cü ildən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri vəzifəsində çalışır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla