AZ

Azarkeşlər petisiya yaratdı, "Milan" ondan imtina etdi

"Milan" rəhbərliyi Xulen Lopeteqini komandaya baş məşqçi təyin etməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, azarkeşlərin etirazından sonra ispaniyalı mütəxəssislə danışıqlar dayandırılıb. "Nopeteqi" adlı petisiya 48 saat ərzində 10 mindən çox insan tərəfindən imzalanıb.

Yaxın vaxtlarda klub məşqçi axtarışlarını bərpa edəcək. Bu vəzifəyə əsas namizədlər arasında "Lill"dən Paula Fonseka, "Braytton"dan Roberto De Zerbi var. Lakin Zerbi ilə hələ əlaqə saxlanılmayıb.Həmçinin “rossonerilər”in rəhbərliyi Mark van Bommel, Ruben Amorim və ya Tyaqo Mottanın təyinatı ilə bağlı variantları da nəzərdən keçirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
Mənbələr
Şərh ()
Bağla