AZ

Blinken İordaniya XİN başçısı ilə Qəzzaya dair danışıqlar aparır

ABŞ dövlət katibi Entoni Blinken İordaniya xarici işlər naziri Ayman əs-Səfadi ilə Qəzza ilə bağlı danışıqlar aparır.

Azpost.info xəbər verir ki, danışıqlar Qəzza zolağında atəşkəsə nail olmaq səyləri ilə bağlıdır.

Bu barədə “Al Mamlaka” telekanalı İordaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Tərəflər Qəzzada hərbi əməliyyatları tez bir zamanda dayandırmağın yollarını və beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki şəxslərin müdafiəsi üçün tədbirləri müzakirə edirlər”, – məlumatda deyilir.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla