AZ

ABŞ Rusiya uranının idxalını qadağan etməyi planlaşdırır

Amerika hakimiyyəti Rusiyadan zənginləşdirilmiş uranın tədarükünü qadağan etmək imkanını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Bu məsələ Milli Təhlükəsizlik Şurası, Energetika Nazirliyi və prezident Co Bayden administrasiyasının digər qurumları tərəfindən araşdırılır. Ötən ilin dekabrında Nümayəndələr Palatası Rusiyada və ya onun müəssisələrində istehsal olunan uranın idxalının 2040-cı ilə qədər qadağan edilməsi təşəbbüsünü təsdiqləyib.

Hələlik məsələ ilə bağlı qərar qəbul edilməsə də, mənbələr icra hakimiyyətinin Konqresdə qanun qəbul etməsinə üstünlük verdiyini deyir. Energetika Nazirliyinin məlumatına görə, Rusiya ABŞ-a ən böyük uran tədarükçüsüdür və ölkədə istifadə olunan yanacağın demək olar ki, dörddə birini təmin edir. Uran müqabilində Moskva hər il təxminən 1 milyard dollar alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla