AZ

Müharibə başlayandan Ukraynada 545 uşaq ölüb

Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynada 545 uşaq ölüb, daha 1309 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Uşaqların əksəriyyəti – 529-u Donetsk vilayətində zərər çəkib. Həmçinin Xarkov (348), Xerson (150), Dnepropetrovsk (136), Kiyev (130), Zaporojye (108) və Nikolayev (104) vilayətlərində yüksək rəqəmlər qeydə alınıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, müharibə zamanı – 24 fevral 2022-ci il tarixindən 31 mart 2024-cü il tarixədək ən azı 600 uşaq həlak olub, daha 1357 uşaq yaralanıb.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla