AZ

Giorgi Kalandarişvili Mərkəzi Seçki Komissiyasının yeni sədri olub

Gürcüstan parlamenti Giorgi Kalandarişvilini Mərkəzi Seçki Komissiyasının rəhbəri vəzifəsinə təsdiqləyib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun lehinə 85 deputat, əleyhinə 16 deputat səs verib.

 

“Gürcü arzusu”ndan olan deputatlardan bəziləri və müxalifətin bir hissəsi onun əleyhinə səs verməyi seçiblər.

 

Giorgi Kalandarişvili 5 il bu vəzifəni icra edəcək. Parlament həmçinin Maya Zaridze, Gia Tsatsaşvili və Giorgi Şarabidzeni Mərkəzi Seçki Komissiyasına üzv seçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla