AZ

63 yaşlı Kibariye ərinin xəyanətindən danışdı: "Əsas mənin düzgün qalmağımdır" - FOTO

Müğənni Kibariyenin həyat yoldaşı Ali Küçükbalçık ona xəyanət edib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bundan sonra 63 yaşlı Kibariye özündən 20 yaş kiçik həyat yoldaşının xəyanəti barədə danışıb.

"Hər kişi xəyanət edər. Xəyanət etməyən kişi yoxdur. Əsas olan mənin düzgün qalmağımdır. Mənə anam belə öyrətdi. Mən uşaqlarımı həyat yoldaşımı və nəvələrimi sevən qadınam" - deyə o bildirib.

Məlumat üçün bildirək ki, Ali Küçükbalçıkla Kibariye 1999-cu ildə evləniblər. Onların Birgül Küçükbalçık adlı bir qızı var.

Ali Kuçukbalçık iş adamıdır. 2014-cü ildə Yunan Adası Mikonosda istirahətdə olan zaman o başqa bir türk qadınla da görüntülənmişdi.

Əslən izmirlidir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla