AZ

Rusiyanın hava limanlarında Tacikistan vətəndaşlarının saxlanılması ilə əlaqədar vəziyyət müzakirə olunub

Düşənbə. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin havalimanlarında Tacikistan vətəndaşlarının saxlanılması ilə əlaqədarolaraq tacikistanlı həmkarı Sirojiddin Muhriddinə zəng edib.

Trend bubarədə Rusiya XİN-ə istinadən xəbər verir.

Lavrov bildirib ki, Rusiyada olan əcnəbi vətəndaşların dahadiqqətli yoxlanılmasının əsas səbəbi ölkə qanunvericiliyinə əsasənterrorizmin profilaktikasıdır.

""Crocus City Hall"dakı faciəvi hadisələr ölkəmizə gələn əcnəbivətəndaşların daha diqqətli yoxlanılmasının əsas səbəbi oldu.Xüsusən görülən tədbirlərin müvəqqəti xarakteri, konkret millətə vəya dinə qarşı yönəlməməsi, buraxılış məntəqələrində vəziyyətintədricən normallaşdığı vurğulanıb", - Rusiya XİN-dənbildiriblər.

Xatırladaq ki, Tacikistan XİN-in məlumatına əsasən, aprelin27-nə olan məlumata görə, Moskvada Vnukovo Beynəlxalq HavaLimanında müvəqqəti saxlanılma zonasında lazımi sanitariya şəraititəmin olunmadan 954 Tacikistan vətəndaşı saxlanılıb.

Aprelin 29-da Tacikistan Xarici İşlər Nazirliyi Rusiyanınölkədəki səfirinə nota təqdim edib və Rusiyada Tacikistanvətəndaşlarına qarşı açıq-aşkar mənfi münasibətlə bağlı kütləvihallar, eləcə də onların hüquq və azadlığının hər yerdə pozulmasıilə əlaqədar ciddi narahatlıq ifadə olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla