AZ

Qızılhacılıda minatəmizləmə işləri başa çatdı - Erməni KİV

Ermənistanın işğalı altınd aolan Qızılhacılı (Berkaber) kəndi ərazisində minatəmizləmə işləri başa çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri”nə “Berkaber” icmasının rəhbəri Tiqran Arutyunyan məlumat verib.

“Minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya hələ də davam edir”, - o qeyd edib.

“Nikol Paşinyanla görüşün gözlənilirmi” sualına icmabaşçısı mənfi cavab verib.

Xatırladaq ki, dünən Müdafiə Nazirliyi minatəmizləmə işləri çərçivəsində Qızılhacılı (Berkaber) ərazisində partlayış işlərinin aparılacağını açıqlamışdı.

Zaur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla