AZ

Putinin qalası təhlükədə: Ukrayna bu obyektlərə zərbə endirmək üçün raketlər alıb

Putinin

Kreml Krımın hərbiləşdirilməsinə, ərazidəki bazaların genişləndirilməsinə, anbar və digər infrastrukturların qurulmasına milyardlarla dollar xərcləyib. İndi isə Ukrayna ATACMS raketləri alıb ki, Rusiya prezidenti Vladimir Putinin qalası hesab edilən bu ərazini vursun.

Reyting.az
beynəlxalq mediaya istinadla bildirir ki, ABŞ iki illik tərəddüddən sonra Ukraynanı uzaqmənzilli ATACMS raketləri ilə təmin edib. Bu raketlər Krımdakı 100-dən çox hərbi hədəflərin hər birinə çatmağa qadirdir.

“ATACMS-ın çatdırılması böyük bir irəliləyişdir. Bu, faktiki olaraq Krımı hərbi baxımdan əhəmiyyətsiz edə bilər”, - Ukrayna üzrə ixtisaslaşan müdafiə eksperti Filip Karber deyib.

Qeyd edək ki, Krımda Rusiyanın Qara Dəniz Donanması, altı hava bazası, komanda və idarəetmə mərkəzləri, silah anbarları, kazarmalar və s. var. Bu obyekt və qurğuları qorumaq üçün hava hücumundan müdafiə radarları və raket əleyhinə sistemlər qurulub. Rusiya Ukraynanı vurmaq üçün Krımdan da istifadə edir.

Krım həm də Putinin hərbi səyləri üçün əsas logistika mərkəzi rolunu oynayır. Həm canlı qüvvə, həm texnika, həm humanitar yardım, həm də yanacaq cəbhəyə bu ərazidən daxil olur.

ABŞ ordusunun istefada olan general-leytenantı Ben Hodqes deyib ki, hazırda ruslar üçün Krım batırılması mümkün olmayan bir təyyarə gəmisi kimidir. Oradan pilotsuz və digər təyyarələr buraxılır, eyni zamanda Ukraynanın cənubundakı Rusiya qüvvələrinə maddi-texniki dəstək verilir.

Ukrayna indiyə qədər yarımadadakı bir neçə əsas hərbi obyektə zərbələr endirib, xüsusən də ATACMS almazdan əvvəl Krım körpüsünə iki dəfə hücum edib. Bununla belə, hərbi yüklərin Krıma dəmir yolu, avtomobil və dəniz yolu ilə çatdırılması hələ də davam edir.

Xatırladaq ki, ötən ilin payızında ABŞ Ukraynaya 165 kilometr mənzilli ATACMS vermişdi. Ukrayna onları ilk dəfə oktyabr ayında Ukraynanın şərqindəki hədəflərə qarşı uğurla istifadə edib. Ukrayna Krımın şimal-şərqindəki Cankoy aviabazasına zərbələr endirmək üçün ATACMS-dan istifadə edərək Rusiya helikopterlərinə və “S-400”-lərə ziyan vurub.

Onu da qeyd edək ki, ABŞ Ukraynaya nə qədər uzaqmənzilli ATACMS göndərdiyini və ya Kiyevin yaxın aylarda daha nə qədər belə raketlər ala biləcəyi açıqlamır. “New York Times” isə naməlum ABŞ rəsmilərinə istinadla yazır ki, söhbət 100-dən çox ATACMS-dan gedir.

Y. QACAR
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla