AZ

G7 ölkələri Rusiya qazından imtina edəcək

G7-nin müvafiq nazirlərinin Turində keçirilən toplantısının gündəliyinə Rusiyanın mayeləşdirilmiş təbii qazından (LNG) imtina edilməsi məsələsi daxildir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piketto-Fratin bildirib.

“Nəticənin nə ola biləcəyini bu axşam görəcəyik”, – deyə Fratin bildirib.

Nazir qeyd edib ki, hazırda bu məsələ həm texniki, həm də siyasi gündəmdədir.

Piketto-Fratin vurğulayıb ki, hazırda bununla bağlı iş gedir, lakin yekun qərar hələ verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
Mənbələr
Şərh ()
Bağla