AZ

Azad edilmiş ərazilərdəTURİZM CƏNNƏTİ YARADILIR

Azad edilmiş ərazilərin turizm potensialını gücləndirmək üçün hansı zəruri tədbirlərin görülməsi planlaşdırılır? 



Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var və bu potensial  imkan verir ki, biz bu əraziləri Azərbaycanın əsas turizm zonalarından birinə çevirək. Azad edilmiş torpaqlarda turizm əsas iqtisadi fəaliyyət sahələrindən biri kimi müəyyənləşdirilib. Bunun üçün orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq dövlət əsas strateji baxış olaraq müəyyən edilmişdir. Əsas hədəflər işğaldan azad edilmiş ərazilərin turizm sektorunda formalaşan ÜDM-də payını artırmaq, habelə, bölgənin təhlükəsiz turizm destinasiyası imicini formalaşdırmaqdır.

Bunu “İki sahil”in sorğusuna cavabında  Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bildirib.

Agentlikdən verilən məlumatda  qeyd edilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilmişdir.

Bununla yanaşı, proqramın hədəf göstəricilərində turizm sektorunun inkişafı əsas infrastruktur layihələrinə əlavə edilmişdir. Böyük Qayıdışa dair I Dövlət Proqramı əsasında Dövlət Turizm Agentliyinin “İşğaldan azad edilmiş ərazilərdə turizmin inkişafı ilə bağlı Fəaliyyət Planı”  təsdiq edilmişdir. İnstitusional inkişaf çərçivəsində cənab Prezidentin Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi haqqında Fərmanına əsasən Dövlət Turizm Agentliyinin işğaldan azad edilmiş ərazilər üzrə “Qarabağ Regional Turizm İdarəsi”nin yaradılmasını qeyd edə bilərik.

Cənab Prezidentin ötən ilin mayın 5-də Xocavəndə səfəri zamanı Tuğ və Hadrutda turizm məqsədli planlaşdırılan layihələr, yaradılacaq infrastruktur haqqında məlumat verilib. Cənab Prezidentin Sərəncamı ilə iyun ayında “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması və Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi bu sahəyə ayrılan diqqətin bariz nümunəsidir. Bütövlükdə, Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm imkanları qiymətləndirilir və turizm potensialına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Bunlardan bəziləri ilə tanış ola bilərsiniz:
https://tourism.gov.az/az/news/ilham-eliyev-terter-rayonun-suqovushan-qesebesinde-istirahet-parkinin-achilishinda-ishtirak-edib 
https://tourism.gov.az/az/news/ilham-eliyev-ve-birinci-xanim-mehriban-eliyeva-xocavend-rayonuna-sefer-edibler 

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla