AZ

Netanyahu and içdi: "İstənilən halda Rəfaha girəcəyik"

HƏMAS ilə atəşkəs danışıqları davam edərkən, Netanyahu Rəfahı işğal ediləcəklərini bəyan edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu yüz minlərlə fələstinlinin sığındığı Qəzzanın Rəfah şəhərinə hücum edəcəklərini açıqlayıb.

O bildirib ki, İsrail anlaşma olub-olmamasından asılı olmayraq, HƏMAS-ın hərbi birləşmələrini məhv etmək üçün Rəfaha girəcək. İsrail və HƏMAS girovları azad etmək və təxminən 7 aya yaxındır davam edən müharibəni dayandırmaq üçün atəşkəs razılaşması üzrə danışıqlar aparır.
Netanyahu müharibədə tam qələbəyə nail olacaqlarına söz verib. Lakin o, HƏMAS-ın son və əsas qalası olduğu iddia edilən Rəfaha hücum məsələsində tərəfdaşlarının təzyiqi ilə üzləşib.

Vasif
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
Mənbələr
Şərh ()
Bağla