AZ

Kakaonun qiyməti rekord dərəcədə eniş yaşadı - YENİ MƏBLƏĞ

Kakao qiyməti tarixdə görünməmiş dərəcədə cəmi iki gün ərzində 26%-ə qədər enib.

Şokolad həvəskarları üçün - PİS XƏBƏR

FED.az xəbər verir ki, çərşənbə axşamı Nyu-Yorkda fyuçerslər 13%-ə qədər ucuzlaşıb, lakin bəziləri sonradan itkilərini bərpa edə biliblər.

Xatırladaq ki, mart ayının əvvəlində şokolad istehsalının xərclərini artıran tarixi tədarük böhranı səbəbindən kakaonun qiyməti ton başına 11.000 dollardan yuxarı qalxmışdı. İndi isə qiymət bir ton üçün 7.756 dollardır.

İlin əvvəlinə nəzər salsaq kakao qiymətlərinin təxminən iki dəfə artdığını müşahidə edə bilərik. Amma indi qiymətlər geriləyib. Bu, kakao bazarında sürətli və əhəmiyyətli dəyişikliyi ifadə edir.

Qeyd edək ki, dünyadakı kakaonun təxminən 75%-i Qana, Fil Dişi Sahili, Nigeriya və Kamerunda istehsal olunur, lakin bu il məhsuldarlıq Qəri Afrikada yağışların azalması səbəbi ilə aşağı ola bilər.

Son rəsmi rəqəmlərə görə oktyabrın 1-dən aprelin 28-dək Fil Dişi Sahili fermerləri limanlara 1,34 milyon ton kakao göndəriblər ki, bu da keçən illə müqayisədə 30% azdır. Analitiklərin məlumatına görə, Fil Dişi Sahilinin 2023-24-cü illərdə sentyabrda başa çatacaq kakao istehsalının illik müqayisədə 21,5% azalaraq 1,75 milyon ton təşkil edəcəyi gözlənilir ki, bu da son 8 ilin ən aşağı səviyyəsidir.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla