AZ

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

“Böyük yeddilik” (G7) ölkələrinin energetika nazirləri 2035-ci ilədək kömürdən imtina etmək barədə birgə razılığa gəliblər. Yekun qərarın bu gün dərc olunacağı gözlənilir.

 İtaliyanın Turin şəhərində aprelin 29-da keçirilən görüşdə yeddi ölkənin iqlim, energetika və ətraf mühit nazirləri elektrik enerjisi istehsalında kömürdən istifadədən mərhələli şəkildə imtina olunması barədə razılaşıblar.

“Texniki saziş mövcuddur”, - deyə İtaliyanın energetika naziri Cilberto Piketto-Fratin bəyan edib.

“Böyük yeddilik” kömürlə işləyən elektrik stansiyalarının 2023-cü ildə bağlanmasına dair konkret addımlar atmaq qərarına gəlib. Lakin konkret qrafik razılaşdırılmayıb. “Bu, ötən il Dubayda COP28-də nail olmadığımız tarixi sazişdir”, - deyə Böyük Britaniyanın energetika naziri Endryu Boui “Class CNBC”yə müsahibəsində bildirib. O vurğulayıb ki, “Böyük yeddilik” ölkələrinin hazırda dünyaya mərhələli şəkildə kömürdən imtina olunması barədə ümumi siqnal göndərməsi faktı sadəcə inanılmazdır.

Yekun saziş mədən yanacağından istifadədən faktiki imtina olunması istiqamətində ilk konkret addıma çevriləcək. Məsələn, G7 ölkələrini qəbul edən İtaliya 2022-ci ildə əvvəlki kimi öz elektrik enerjisinin 4,7 faizini kömürlə işləyən bir neçə elektrik stansiyasında istehsal edib. Roma hökuməti hazırda sistemləri 2025-ci il üçün dayandırmağı planlaşdırır, Sardiniyada son müddət 2028-ci ildir.

Lakin Almaniya və Yaponiyada kömür daha böyük rol oynayır. Almaniya Federal Statistika İdarəsinin mart ayında verdiyi məlumata görə, kömürlə istehsal olunan elektrik enerjisinin payı 2023-cü ildə 26 faiz təşkil edib. Bu, onu Almaniyada elektrik enerjisi istehsalı üçün ikinci ən mühüm enerji mənbəyinə çevirib. Federal Respublika 2020-2038-ci illər dövründə kömürdən mərhələli şəkildə imtina edilməsini qanunla müəyyənləşdirib. (AZƏRTAC)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
19353
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11952
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5387
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5304
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
4928
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3770
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3342
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3238
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3050
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2808
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2681
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2672
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2378
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2280
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2029
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1938