AZ

“Meyvə şirələri insanların ömrünü qısaldır” – Eyyub Hüsyenov

Son  zamanlar mağazalarda satılan meyvə şirələri ilə  bağlı şikayətlər artıb. İnsanlar hətta iddia edirlər ki, bu şirələrin bir çoxu kiflənmiş olur və içindən müəyyən nələrsə çıxır. Bu da insanların narahatlıqlarına səbəb olur.

Məsələ ilə bağlı News24.az-a açıqlama verən  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, insanlar ictimai nəzarət funkisiyasını yerinə yetirmək istəmirlər. 

“Ölkədə tək-tək hətta yaşlı insanlar var ki, bu məsələdə onlar bəzi cavan və orta yaşlı insanlardan çox fəaldırlar. Bütün bu kimi hallarda hər kəs fəal olmalıdır. Səslərini kütləvi informasiya vasitələrində, dövlət orqanları vasitəsi ilə çatdırmalıdırlar. Bu kimi hallar təəssüf ki, mövcutdur. İstənilən ərzaq məhsulları o cümlədən, şirələr hətta, yararlılıq müddətində elə bir şəraitdə saxlanıla bilər ki, o qısa bir müddətdə artıq təhlükəli hala, qıcqırmış, kiflənmiş ola bilər. Malların saxlanma şəraiti, hansı anbarda, hansı şəraitdə saxlanılır, vacib amillərdən biri olmalıdır”.

E.Hüseynov həmçinin onu da qeyd edib ki, bu sahədə AQTA tərəfindən heç bir monitorinqlər aparılmır:

“Biz bəzən dükanlara giririk və görürük ki, pis qoxu gəlir. Bu o deməkdir ki, elektrikə qənaət etmək üçün gecələr soyuducuları söndürürlər və səhər yandırırlar. İki il öncə AQTA-da çalışarkən, dəfələrlə məsələ qaldırdım. Bildirdim ki, biz marketlərdə, dükanlarda manitorinq aparmalıyıq soyuducuların işlənmə vəziyyəti, hətta işləyən zaman hansı temperatur rejiminə qoyulursa, bunlarla bağlı monitorinq aparılmalıdır ki, vəziyyəti öyrənə bilək. Lakin heç bir təşəbbüs AQTA tərəfindən dəstəklənmədi. Təəssüf ki, bu insanların tədricən zəhərlənməsinə, ömürlərinin qısalmasına, apteklərdə növbəyə durmasına, aptek şəbəkəsinin artmasına, klinikalarda növbəyə durmasına gətirib çıxarır”.

Mehriban Mirzəzadə



Seçilən
30
Mənbələr
Şərh ()
Bağla