AZ

Brüssel təxribatına çox tutarlı cavab verildi: “Qərbin planları İFLASA UĞRAYIR”

“Brüsseldə keçirilən ABŞ, Avropa Birliyi və Ermənistan arasındakı ortaq konfrans Ermənistanın ən böyük ümidlərindən biri idi. Çünki rəsmi İrəvan ümid edirdi ki, məhz bu ortaq konfransda gözlədiyi maliyyə yardımları və hərbi dəstək təmin ediləcək. Hətta Nikol Paşinyan hakimiyyəti hesablamışdı ki, Rusiyadan tamamilə qopması üçün Ermənistana təqribən hər il 3 milyard dollar maliyyə yardımı lazımdır. Paşinyan hakimiyyəti hətta bu yardımın 10 il ərzində hər il 3 milyard olmaqla təmin edilməsinə ümid edirdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Brüssel ortaq konfransında rəsmi İrəvan öz gözlədiyi nəticələrdən uzaq qaldı:

“ABŞ da, Avropa Birliyi də Ermənistana çox cüzi məbləğ ayırmağa razılaşdılar. Paşinyanın ümid etdiyi 1 milyardlıq yardım belə ayrılmadı. Nəticədə məlum oldu ki, ayrılan maliyyə yardımı Ermənistanın Rusiyadan birdəfəlik uzaqlaşması üçün yetərli deyil. Ona görə də Paşinyan hakimiyyətinin davranışlarında dəyişiklik baş verdi. Savaşa hazırlaşan Ermənistan gözlənilmədən sülhə, sabitliyə yaxınlaşan addımlar atmağa başladı. ABŞ və Avropa Birliyinin ortaq konfransı əslində Rusiya və Azərbaycana qarşı Brüssel təxribatı idi. Ermənistanı həm Azərbaycana, həm də Rusiyaya qarşı geopolitik təzyiq aləti kimi istifadə niyyəti güdürdülər. İndi anlaşılır ki, rəsmi İrəvan Qərbdən gözlədiyi maliyyə və hərbi dəstəyi ala bilmədiyinə görə, Azərbaycanla anlaşmaq məcburiyyətində qalıb. Ona görə də hazırda Azərbaycanın 4 kəndinin qaytarılması ilə razılaşıb, digər 4 kəndin də yaxın gələcəkdə qaytarılması qaçılnılmazdır”.

Politoloq bildirib ki, Rəsmi Bakı ABŞ, Avropa Birliyi və Ermənistanın Brüssel təxribatına çox çevik reaksiya verməyi bacardı:

“Rusiya ilə Azərbaycan arasında çox effektiv anlaşmalar əldə olundu. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandan çıxarılması tezləşdirildi. Bununla da demək olar ki, Rusiya və Azərbaycan faktiki olaraq Brüssel təxribatına ciddi cavab vermiş oldular. Hazırda baş verənlər Cənubi Qafqaz uğrunda mübarizənin tərkib hissəsidir. Hələ ki, belə məlum olur ki, Qərbin planları faktiki olaraq iflasa uğramaq üzrədir. Çünki Azərbaycan Cənubi Qafqazda geopolitik iradə sahibi olduğunu növbəti dəfə Qərbə sübut elədi. ABŞ da, Avropa Birliyi də artıq anlamalıdır ki, Cənubi Qafqazda geopolitik maraqlarını təmin etmək üçün Ermənistanla deyil, ilk növbədə rəsmi Bakı ilə anlaşmalıdır. Əks halda onlar Cənubi Qafqazdakı geopolitik proseslərdə yalnız “müşahidəçi” qismində rol ala bilərlər. Bütün bunları nəzərə aldıqda görünən odur ki, Ermənistan məcburiyyət qarşısında qalıb Azərbaycanın şərt və tələblərini yerinə yetirməli olub. Çünki rəsmi İrəvan Brüsseldən əli boş çıxıb. Eyni zamanda, ABŞ-ın rəsmi Bakı ilə yenidən təmasa keçməsi də müşahidə olunur. Belə anlaşılır ki, Qərb də artıq Azərbaycanla razılaşmanın qaçılmaz olduğunu anlayır. Bu konteksdə ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Cənubi Qafqazdakı prosesləri müzakirə etməsi olduqca önəmli hadisələrdir. Belə ki, rəsmi Bakının çevik manevrləri öz nəticəsini artıq verib”.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
21294
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12126
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
6284
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5423
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5359
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3829
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3420
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3281
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3120
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2870
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2862
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2683
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2395
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2359
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Hidayət Heydərov dünya çempionu oldu
2034
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1982