AZ

Qılıncı əlinə alıb insanlara hücum etdi: Yaralananlar var

Londonun şərqində bir neçə nəfər qılıncla silahlanmış şəxsin hücumuna məruz qalaraq yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat verib. London polisi mətbuata açıqlamasında "Haynot bölgəsində qılınclı bir adam saxlanılıb" deyib.

Polis yerli vaxtla səhər saat 7-də çağırılıb. Adam yoldan keçənlərə hücum edib və bir neçə nəfər kəsilmiş xəsarətlər alıb. Hadisənin terrorla əlaqəsi yoxdur. Şahidlərin sözlərinə görə, təcavüzkar insanlara hücum etməzdən əvvəl mikroavtobusu binaya çırpıb.

Hadisə nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
10
Mənbələr
Şərh ()
Bağla