AZ

“Atalanta” - “Fiorentina” matçı mövsüm bitəndən sonra baş tuta bilər

İtaliya A Seriyasının 29-cu turu çərçivəsində təxirə salınmış “Atalnta” – “Fiorentina” oyununun taleyinə aydın gəlib.

Arena.az məlumat verir ki, İtaliya A Seriyasının prezidenti Lorentso Kazini bu barədə “Radio Anch’io Sport” radiosunun efirində danışıb.

Kazini bildirib ki, martın 17-də keçirilməli olan, “Fiorentina”nın baş direktoru Cüzeppe Baronenin xəstəxanaya yerləşdirilməsinə görə təxirə salınmış oyun 2023/2024 mövsümü bitdikdən sonra baş tuta bilər. İtaliya A Seriyasının sonuncu, 38-ci turunun 2024-cü il mayın 26-da keçirilməsi planlaşdırılır:

“Bizim üçün yeganə azad tarix mayın 22-si idi, amma komandalar, əlbəttə ki, inandığımız kimi, Avropa yarışlarında irəliləyəcəklərsə, bu görüşü mayın 31-nə və ya iyunun 2-nə keçirmək barədə düşünməli olacağıq”, deyə Kazini bildirib.

Xatırladaq ki, “Atalanta” – “Fiorentina” oyunu martın 17-də Berqamoda baş tutmalı və Bakı vaxtı ilə saat 21:00-da başlamalı idi. Amma “Fiorentina”nın baş direktoru Cüzeppe Baronenin oyun günü özünü qəfildən pis hiss etməsi və Milanda yerləşən “San Raffaele” klinikasına təcili surətdə yerləşdirilməsindən sonra görüş təxirə salınıb. Mütəxəssis daha sonra ürəyindən cərrahi əməliyyat edilib, amma iki gün sonra dünyasını dəyişib.

Hazırda həm “Fiorentina”, həm də “Atalanta” avrokuboklarda inamla mübarizə aparırlar. “Fiorentina” Konfrans Liqasının yarımfinalına vəsiqə qazanıb və burada Belçika Peşəkar Liqasının nəhənglərindən olan “Brügge” ilə mübarizə aparacaq. “Atalanta” isə Avropa Liqasının yarımfinalında Marsel “Olimpik”i ilə qarşılaşacaq.

İtaliya A Seriyasında hər iki klub avrokuboklar bölgəsinə düşmək üçün mübarizə aparır. “Fiorentina” 33 oyundan 50 xalla yarış cədvəlinin 8-ci pillədində qərarlaşıb. “Bənövşələr”in hədəfi Konfrans və ya Avropa Liqasıdır.

“Atalanta” isə 33 oyundan 57 xalla 6-cı pillədədir və Çempionlar Liqasına düşmək üçün çarpışır.

A Seriyasına cari mövsümün çempionluğunu erkən təmin etmiş “İnter” başçılıq edir. “Neradzurri” 34 oyundan 89 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla