AZ

"Seyfulla Qasımov" kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend

Bu gün "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən"SEYFULLA QASIMOV" kitabının təqdimatı keçirilib.

Trend-in məlumatınagörə, Elşad Həsənov və Azər Səlimovun müəllifliyi ilə ərsəyə gələnkitab Azərbaycanın Təhlükəsizlik orqanlarının polkovniki,"Azərbaycan bayrağı" ordenli, əfsanəvi əks- kəşfiyyatçı, mərhumSeyfulla Qasımovun əziz xatirəsinə həsr olunmuş, onun omür vəxidmət yolundan bəhs edir.



Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr VeteranlarıTəşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovbildirib ki, Seyfulla Qasımov Azərbaycanın müstəqilliyinin ilkillərində, çətin dövrdə xidmət edib və dövlətçiliyimiz üçün böyükişlər görüb.

“O dövlət təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələnimaksimum edirdi və Azərbaycan dövləti də onların xidmətini heçzaman unutmayacaq”, - deyə o, qeyd edib.

Elşad Həsənov isə çıxış edərək qeyd edib ki,Seyfulla Qasımov fədakarlıq məktəbinin gözəl nümunələrindənbiridir.

“Seyfulla Qasımov ilə tələbəlik dövründən tanış olmuşam. O,fədakar insan idi. O zaman Milli Təhlükəsizlik Nazirliyində ilkdəfə “Azərbaycan Bayrağı” ordenini Ulu Öndər Heydər Əliyev SeyfullaQasımova verib. O bizim orqanda bir fenomen idi. Bu gün təqdimatınayığışdığımız kitab Seyfulla Qasımov haqqında bir xatirədir. Təəssüfki, Seyfulla Qasımov bu günləri görmədi. Bu kitab Seyfullamüəllimin ruhunu şad edəcək”, - deyə o əlavə edib.

Digər çıxışçılar da Seyfulla Qasımovun fəaliyyəti haqqındafikirlərini bildirərək əlavə ediblər ki, bu kitab SeyfullaQasımovun xatirəsinə bir ehtiramdır.

Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonununAğarəhimli kəndində ziyalı ailəsində anadan olub. 1965-1975-ciillərdə 33-saylı dəmiryol məktəbində təhsil alıb. 1975-1980-ciillərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasınayiyələnib.

1980-1985-ci illərdə Azərbaycan Milli Elmlər AkademiyasınınKibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışıb.1985-2004-cü illərdə isə Azərbaycan Dövlət TəhlükəsizliyiKomitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyindəişləyib. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavinivəzifəsində çalışdıqdan sonra, 2003-2004-cü illərdə MilliTəhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Başİdarəsində rəis əvəzi vəzifəsində çalışıb.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
1
Mənbələr
Şərh ()
Bağla