AZ

Bu şəxslərə pensiya kapialından istifadəsinı ŞƏRAİT YARADILMALIDIR - TƏKLİF

Bu şəxslərə pensiya kapialından istifadəsinı ŞƏRAİT YARADILMALIDIR - TƏKLİF

Bildiyimiz kimi, bu gün ən aktual olan məsələlərdən biri, vətəndaşların pensiya yaşının azaldılmasıdır. Ölkədə pensiya yaşı yüksək olduğundan vətəndaş arasında həmn yaşa çatmadan ölüm hallarına rast gəlinir. Belə ki, Azərbaycanda pensiya yaşına çatmadan toplanan kapitalı istifadə edə bilməz. Bəs Azərbaycanda vətəndaşlar xəstəliyi və müvafiq problemlərdən ötrü, müəyyən yaşdan sonra pensiya kapitalından vaxtından əvvəl istifadəsi üçün addımlar atıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, bu istiqamətdə işlər görülə bilər və edilməlidir.

"Azərbaycanda pensiya sisteminin təkmilləşdirilməsinə böyük ehtiyac var. Araşdırma aparsaq, Çinin pensiya sistemi xüsusilə fərqlənir. Bu barədə bizim professorlarımızın yazıları olub. Bizdə pensiya sistemi elədir ki, pensiya çatan günə qədər ancaq vergi verirsən. Yaşa çatanda əgər vəfat edirsənsə, o kapitalı istifadə etmək olmur. Amma elə olmamalıdır. Hər toplanan pul hissə-hissə pensiyaya çıxanda və yaxud xəstələnəndə müəyyən bir qədər vətəndaşa ödənilməlidir. Belə olarsa əhali üçün çox rahatlıq olar. Bu sahədə qüsurlar var və haqlı olaraq tez-tez narazılığa səbəb olur".

Sosioloqun sözlərinə görə, pensiya kapitalından hiss-hissə istifadəsi üçün müəyyən araşdırmalar aparılmalıdır:

"Şəxsə toplanan pul pensiyaya çıxandan müəyyən qayda ilə verilməlidir. 63 yaş həqiqətən yüksəkdir. İşləyən şəxslərə, alimlərə baxsaq 63 yaşına çatmamış vəfat edirlər. Eyni zamanda şəxslər pensiya yaşından əvvəl amansız xəstəliyi tutulubsa və bunun üçün əllərində əsaslı sənədlər varsa, onlara pensiya kapitalından istifadəsinə şərait yaradılmalıdır. İnsanın əmək qabiliyyəti yerində deyilsə, onarın pensiyaya tez çıxmasına şərait yaradılmalıdır".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla