AZ

Qutsulun tərəfdarları məhkəmə binasında PİKET KEÇİRDİ – FOTO

Qaqauziya rəhbəri Qutsulun tərəfdarları məhkəmə binasında piket keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Moldova məlumat yayıb. Bildirilir ki, Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun tərəfdarları partiyanın maliyyələşdirilməsi ilə bağlı işə baxılan məhkəmə binasında piket keçirib.

“Bu, heç bir şey tərəfindən dəstəklənməyən uydurma cinayət işidir” – Moldova Türk muxtariyyətinin rəhbəri deyib.

Xatırladaq ki, aprelin 11-də Moldovanın antikorrupsiya prokurorluğu Qutsulu seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsində iştirakda ittiham edib.

Məhkəmənin ilk iclası bu gün keçiriləcək.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla