AZ

Hacıqabuldakı ağır qəza ilə bağlı DYP-dən RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün saat 04:00 radələrində Mehman Məmmədhüsəynzadənin idarə etdiyi "Ford Transit" markalı 77-KB-973 nömrə nişanli nəqliyyat vasitəsi Bakı-Qazax-Gürcüstan dövlət sərhəddi yolunun 75-ci km-də  hərəkətdə olarkən sürücünun idarəetməni itirməsi nəticəsində öndə hərəkət edən Nəbi Alşanonovun idarə etdiyi "Kamaz" markalı 36-BB-908 nömrə nişanlı yük avtomobili ilə toqquşub.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

Məlumatda qəza nəticəsində "Ford" markalı avtomobilin sərnişini 2005-ci il təvəllüdlü Əmrah Vəliyev xəsarət aldığı bildirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qurum təəssüflə bildirib ki, son zamanlar aparılmış təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Son günlər, xüsusilə yük avtomobillərinin sürücüləri arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək istirahət etmədən, yuxulu və ya yorğun halda uzun müddət fasiləsiz avtomobil idarə edən şəxslərə daha çox rast gəlinir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha müraciət edərək onlara yorğun, yaxud yuxusuz halda sükan arxasına əyləşməməyi, 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra DYP-nin stasionar postlarında dayanaraq qısa müddətə istirahət etməyi tövsiyə edir.

Ümid edirik ki, sürücülər, ələlxüsus yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər çağırışımıza biganə qalmayacaq, özlərinin, doğmalarının və digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə verilən tövsiyələrə əməl edəcəklər.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
16008
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
11648
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5300
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5225
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
3654
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3209
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3184
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
2984
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
2718
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2662
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
2370
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2367
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2252
Hidayət Heydərov dünya çempionu oldu
2018
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
1874
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1872