AZ

Keçmiş terrorçular söz sahibi olacaqsa, Ermənistan Ordusu dağıla bilər" - ŞƏRH

Keçmiş terrorçular söz sahibi olacaqsa, Ermənistan Ordusu dağıla bilər" - ŞƏRH

Bildiyimiz kimi, Qazaxın kəndlərinin geri qaytarılmasına cavab olaraq həm Ermənistan hakimiyyət orqanlarında, həm də əhalisi arasında xaotik vəziyyət hökm sürür. Bununla yanaşı, artıq Ermənistan ordusundandan istefa edən vəzifəli şəxslərin sayında artım müşahidə olunur. Bəs istefalar davam edərsə, Ermənistan ordusu dağıla bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danşan politoloq Kazım Kazımov deyib ki, Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiyasına etiraz olaraq bir qrup hərbçi Ermənistan ordusundan istefa verib. Bu erməni ordusunda ilk hadisə deyil. Hətta böyük ehtimalla son olmayacaq. Bunun bir çox səbəbləri var:

"Ermənistan ordusunun bugünkü vaxtına baxmaq üçün biraz tarixə nəzər salmaq lazımdır. Biz burada vaxtilə terrorçulardan qurulmuş bir ordudan danışırıq. Buna görə də Ermənistan ordusu hələ vaxtilə Birinci Qarabağ müharibəsindən sonra eyforiyaya qapıldı. Belə ki, onlar torpaqları rahatlıqla ələ keçirdiklərini düşünürdülər və vahid komandanlığı ehtiyac görmürdülər. Formal olaraq Müdafiə Nazirliyi və başqa qurumlar yaradıldı. Amma Qarabağda separatçıların öz qüvvələri, İrəvanda müxtəlif terrorçu qruplar Müdafiə Nazirliyinin tərkibinə verildi. Amma hamı bilirdi ki, onlar kifayət qədər müstəqil hərəkət edirdilər. Yeri gəldikdə rəhbərliyə boyun əymirdilər. Lakin bunlar Köçəryan və Sarkisyanın dönəmində çoxda hiss edilmədi. Onlar da həmin xuntanın nümayəndəsi idi. Onlar öz aralarında dil tapa bilirdilər".

Poltioloqun sözlərinə görə, Nikol Paşinyanın dövründə bu ayrım daha çox nəzərə çarpacaq şəkildə gəldi. Hətta İkinci Qarabağ müharibəsində onların məğlub olması bu mənzərəni aydın şəkildə ortaya qoydu. Biz bilirik ki, keçdiyimiz illərdə müharibədən sonra İrəvanda dövlət çevrilişinə cəhd olundu:

"Həm Azərbaycan Ermənistan, həm də Qarabağda separatçılar və terrorçular sərhədlərimizə basqın etməyə çalışdılar. Bu bəzən İrəvanın xəbəri olmadan törədildiyi iddia edilirdi. Yəni bu baxımdan belə bir xaotik vəziyyət var. 90-cı illərin eyforiyasından çıxa bilməmiş, məğlubiyyət ilə barışa bilməmiş Ermənistan ordusu bir şeyi anlaya bilmir ki, onların Azərbaycan Ordusu qarşısında heç bir şansları yoxdur. Yəni belə bir qruplaşma var. Onlar gördülər ki, 44 günlük müharibədə, antiterror əməliyyatlarında məğlub oldular. Artıq bütün torpaqlarımız bizə geri verilir. Yəni onlar 40 ilə yaxındır "mübarizə"nin necə mənasız olduğunu görürlər. Bu gün ordu içərisində istefa verirlər və siyasi bəyanatlar yayırlar. Əgər Ermənistan hakimiyyəti bu vəziyyəti tənzimləyə bilərsə, Ermənistan ordusu vahid komandanlıq altında birləşən və nizami orduya çevrilə biləcək. Əgər keçmiş separatçılar və terrorçular erməni ordusunda söz sahibi olacaqsa, belə xaotik vəziyyət davam edəcəkdir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla