AZ

Karqodan şikayəti olanlar üçün sistem yaradıldı

Bakı. Trend:

Artıq vətəndaşlar xidmətindən narazı qaldıqları karqoşirkətlərindən tənzimləyici quruma şikayət edə biləcəklər.

Trend İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinəistinadən xəbər verir ki, bununla bağlı “E-Şikayət” sistemində poçtxidmətləri üzrə şikayətlərin də qəbuluna başlanıb.

İstifadəçilər bunun üçün müvafiq link vasitəsilə“E-Şikayət” sisteminə daxil ola bilərlər. “İdentifikasiya nömrəsiilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi”səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatikyaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayətitənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Hazırda həm də “E-Şikayət” sistemi vasitəsilə internet, telefonrabitəsi, mobil internet və mobil telefon kimi telekommunikasiyaxidmətləri üzrə də müraciətlərin qəbulu həyata keçirilir.

Həmçinin adıçəkilən sistemdə vətəndaşlarla yanaşı, poçt rabitəsioperatorlarının da müvafiq səhifəyə daxil olması üçün imkanyaradılıb. Belə ki, lisenziyalı poçt rabitəsi operatorlarınınsistemin idarə olunması üzrə təlimatlandırılmış əməkdaşı müraciətvə ya şikayətlə tanış olmaq və onu icra etmək üçün qeyd olunanlinkə keçid edərək şirkətin rəsmi səhifəsinə daxil ola biləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla