AZ

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Çinin

Pekin, 30 aprel, AZƏRTAC

Çinin kosmik stansiyasında 6 aylıq fəaliyyətini başa vuran “Şencou-16” missiyasının astronavtları aprelin 30-da Yerə qayıdıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Kosmos Agentliyi məlumat yayıb. Astronavtlar Tan Honbo, Tan Şencie və Cian Sinlini gətirən “Şencou-17” kosmik gəmisinin xüsusi kapsulu Pekin vaxtı ilə aprelin səhər saat 8:43-də “Tienqon” kosmik stansiyasından ayrılıb. Kapsul saat 18:00 radələrində Qobi səhrasındakı “Donfen” meydançasına enib. Astronavtlar ilkin tibbi yoxlanışdan sonra xüsusi təyyarə ilə Pekinə yola salınacaq. Agentlik “Şencou-17” missiyasının uğurla başa çatdığını elan edib.

Qeyd edək ki, “Şencou-17” missiyasının kosmik səyahəti ötən il oktyabrın 26-da başlayıb. Astronavtlar kosmik stansiyada müxtəlif test və texniki yoxlanışlar həyata keçiriblər. Onları kosmik stansiyada aprelin 25-də start verilmiş “Şencou-18” missiyasının üç üzvü əvəzləyib. “Şencou-18” missiyasının da kosmosda təxminən 6 ay qalması planlaşdırılır.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla