AZ

“Qiyamət günü”ndən qaçış: Xüsusi təyyarələr hazırlanır

ABŞ-nin “Sierra Nevada” şirkəti Hərbi Hava Qüvvələrindən “qiyamət günü təyyarəsi” istehsalı üçün 13 milyard dollarlıq sifariş alıb.

Teleqraf.com xəbər verir ki, söhbət nüvə müharibəsi üçün dizayn edilmiş köhnə “E-4B Nightwatch” təyyarələrini əvəz edəcək təyyarələrdən gedir.

E-4B-lərin yeni “Survivable Airborne Operations Center”lə (SAOC) əvəzlənməsi planlaşdırılır. Müqavilə çərçivəsində işin 2036-cı ildə iyulun 10-dək başa çatdırılması nəzərdə tutulur.

ABŞ Hərbi Hava Qüvvələri SAOC üzərində dərhal işə başlamaq üçün “Sierra Nevada”ya tədqiqat, inkişaf, sınaq və qiymətləndirmə fondları üçün 59 milyon dollar ayırıb.

E-4B nüvə müharibəsi, yaxud komanda və idarəetmə mərkəzlərini məhv edən digər fəlakətli fövqəladə hallar zamanı ABŞ Prezidentinə qüvvələri yönəltmək üçün nəzərdə tutulmuşdu. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd E-4 təyyarəsi 1970-ci illərdən xidmətdədir və onların xidmət müddəti başa çatmaq üzrədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla