AZ

Bu ölkədə 7 saatlıq iş günü tətbiq olunacaq

Monteneqro 7 saatlıq iş gününə keçir.

Ölkə.Az xəbər verir ki, bunu Monteneqronun əmək və əhalinin sosial müdafiəsi naziri Naida Nişiç deyib.

Nazir ilin sonunadək ölkədə yeddi saatlıq iş gününün tətbiqi planlarını açıqlayıb.

Monteneqroda iş saatlarının azaldılmasının nəzərdə tutulub-tutulmaması ilə bağlı suala Nişiç belə cavab verib: “Baş nazir Milojko Spajiçin seçki kampaniyası zamanı elan etdiyi vəd bu il baş verəcək”.

Nazir eyni zamanda sosial müavinətlərə daha ədalətli yanaşma məqsədilə pensiya sistemində islahatların aparılacağını da açıqlayıb.

Xatırladaq ki, iş həftəsinin 40 saatdan 35 saata endirilməsi ideyası ötən il Monteneqronun yeni prezidenti Yakov Milatoviçin “Europe Now” partiyası tərəfindən parlament seçkiləri ərəfəsində irəli sürülüb.

Seçilən
54
4
Mənbələr
Şərh ()
Bağla